Menu
Geri İrəli

Parlament toplaşdı: MSK deputatlara vəsiqə verir

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2015 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur
Milli Meclis 2Azərbaycan Respublikasının V çağırış Milli Məclisi spiker Oqtay Əsədovun sədrliyi ilə plenar iclasını keçirir. 
 
Musavat.com-un məlumatına görə, iclasda gündəlik məsələlər səsə qoyulub və təsdiqlənib. Deputatlar 19 məsələni müzakirəyə çıxaracaq. Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi haqqında
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında
3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında
4. Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında
5. Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında
6. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında
7. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında
8. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında
9. Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında
10. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında
11. Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında
12. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında
13. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında
14. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında
15. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında
16. Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında
17. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında
18. Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında
19. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında
Spiker Oqtay Əsədov bildirib ki, azad və şəffaf şəraitdə keçirilən seçkilər əsasında yeni parlament formalaşıb. O. Əsədov həmçinin qeyd edib ki, 2005-ci ildən etibarən seçkilərdən sonra MSK üzvləri deputatlara vəsiqələri təqdim edir. 
Qeyd edək ki, MSK tam tərkibdə iclasa qatılıb. MSK sədri Məzahir Pənahov iclasda çıxış edərək seçkilərin demokratik, azad və şəfaff şəraitdə keçirildiyini dedi. Bildirdi ki, heç kəs seçkilərin şəffaf olmadığı barədə fikirlər irəli sürə bilməyib. Çünki seçkiləri müşahidə edən bütün subyektlərə seçkiləri izləmək üçün tam şərait yaradılıb. Təkcə ölkə daxilində 70 min müşahidəçi seçkiləri müşahidə edib. Hazırda M.Pənahov deputatlara vəsiqələri təqdim edir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın