Menu
Geri İrəli

QƏRAR! Azərbaycanda bundan sonra siqaret belə satılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2017 • Baxış sayı: 261 dəfə • Şərh yoxdur

image16Azərbaycanda yetkinlik yaşına çatmayanların tütün məhsullarını alması , satması və tütündən istifadə etməsi qadağan olunur.

Bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda qeyd edilib.

Belə ki, yetkinlik yaşına çatmayanların tütün məhsulları alması, satması və ya onlara bu məhsulların verilməsi, tütün məmulatlarının hər hansı üsulla istifadənin təklif olunması və ya tütün istifadəsi prosesinə onların tələb yolu ilə cəlb edilməsi qadağandır.

Tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməklə imkan verən sənəd tələb edir.

Sənədlərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməlidir.

Qanun layihəsində qeyd edilib ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.

Mənbə: azvision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın