Menu
Geri İrəli

Rayon avtovağzalları niyə boş qalıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

77444625

Rayonlardan şəhərə və digər istiqamətlərə gedən insanlar avtovağzallardan yox magistral yoldan gedən avtobuslara üstünlük verirlər.

Belə vəziyyət magistral yolların kənarında olan rayonlarda daha çox müşahidə olunur.

Bura Cəlilabaddır. İnsanlar avtovagzaldan yox, yoldan keçən maşınları saxlatdıraraq getməyə üstünlük verirlər.

Sərnişinlərin bu səbəblərə görə avtovağzaldan istifadə etməmələri avtovagzal rəhbərliyini də narahat edir.

Ucarda da bənzər vəziyyət müşahidə olunur-avtovagzal boş qalıb. Bakıya gedənlər yoldan keçən maşınlardan istifadə edir.

Buradan şimal-qərb bölgəsinə gedən sərnişinlər, avtobuslar avtovağzala girmədiyinə görə yol kənarında dayanırlar.

Yevlaxda da müasir səviyyədə avtovağzal var. İçərisində tək-tük adam gözə dəyir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın