Menu
Geri İrəli

Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü – “DÖVLƏT ÇEVRİLİŞİ” – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2017 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur
Share Button

sakasviliGürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.

Lent.az-ın trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib.

Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanları əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıb.

12:09

Mixail Saakaşvilinin tərəfdaşları sosial şəbəkələrdə onun saxlanılması barədə məlumat yayıblar. Məlumatda isə bunlar bildirilir:

“Onu binanın damından götürdülər, hara apardıqları hələlik məlum deyil”.

11:31

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdəki mənzilində yoxlama aparılacağı təqdirdə özünü damdan atacağını bildirib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu gün səhər Ukrayna xüsusi xidmət orqanları Saakaşvilinin mənzilində yoxlama aparmağa gəlib.

Amma onlar gəlməmişdən əvvəl Saakaşvili mənzilinin qapısını bağlayaraq, yaşadığı binanın çardağına çıxıb. O bildirib ki, əgər hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb içəri girsə, özünü damdan atacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın