Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2016 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

Sabah Bakıda və Abşeron yarımadasında sərin hava şəraiti davam edəcək.
hava-isti-gunesli
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23deg; isti, gündüz 27-31deg; isti, Bakıda gecə 21-23deg; isti, gündüz 28-30deg; isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22deg;, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23deg;, Türkan, Hövsan, Sahil, Şıxda 24-25deg; isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23deg; isti, gündüz 28-33deg; isti, dağlarda gecə 10-15deg; isti, gündüz 16-21deg; isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın