Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2016 • Baxış sayı: 482 dəfə • Şərh yoxdur

havaBakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 35-39, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Avqustun 10-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın