Menu
Geri İrəli

Sabaha olan hava proqnozu

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2017 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur
Share Button

Bakı və Abşeron yarımadasında dekabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam  isə arabir  yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

ETSN-dən  verilən məlumata görə, havanın temperaturu gecə  4-7° isti, gündüz  9-12° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi  normadan yüksək 769  mm civə sütunu təşkil edəcək. Nisbi  rütubət  70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və səhər  bəzi  şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta,  gündüz 3-8° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın