Menu
Geri İrəli

Sevdiyi qıza məktub yazıb özünü öldürdü – BAKIDA SEVGİLİLƏR GÜNÜ DRAMI

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 422 dəfə • Şərh yoxdur

0e9e306185efbde200407796ad899b13Bakı şəhərin Xətai rayonunda 19 yaşlı oğlanın özünü öldürməsi hadisəsinin təfərrüatı məlum olub.

 Lent.az xəbər verir ki, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asan 19 yaşlı Röyal Mirzəyevin məktubu tapılıb. Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş Röyal məktubu sevgilisinə yazıb. O məktubunda qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha sevgilisini görə bilməyəcək. Artıq yaşamaq istəmədiyini yazan Röyal sevgilisindən və doğmalarından halallıq istəyib.
R.Mirzəyevin məktubu və istifadə etdiyi telefon götürülüb araşdırma aparılır.

**

11:38

Xırdalanda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Xırdalan şəhəri 1 saylı orta məktəbin direktoru Kəmalə Yusifova Lent.az-a açıqlamasında bildirib ki, intihar edən Fərrux Əsədli çox tərbiyəli, dərslərini yaxşı oxuyan bir şagird olub.

Direktor deyib ki, F.Əsədlinin Sevgililər Günündə intihar etməsinin hansısa qarşılıqsız sevgiylə bağlı olmadığını deyib: “O, çox nümunəvi şagird idi. Məktəbdə hamı onun başına and içirdi”. K.Yusifovanın sözlərinə görə, anası da Fərruxun özünü niyə öldürməsinin səbəbini bilmədiyini deyib.

O da məlum olub ki, F.Əsədlinin ailəsi hadisənin baş verdiyi binanın 3-cü mərtəbəsində yaşayır. Fərrux həmin binanına damına çıxaraq özünü aşağı atıb.

**

10:30

Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Daha bir intihar hadisəsi isə Xətai rayonunda baş verib.

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə fevralın 14-də paytaxtın Xətai rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Musa oğlu İbrahimov küçəsi, 41 ünvanında, yaşadığı binanın həyətində özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhərin Xətai rayonunda 19 yaşlı oğlanın özünü öldürməsi hadisəsinin təfərrüatı məlum olub.

 Lent.az xəbər verir ki, özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə asan 19 yaşlı Röyal Mirzəyevin məktubu tapılıb. Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş Röyal məktubu sevgilisinə yazıb. O qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha sevgilisini görə bilməyəcək.Artıq yaşamaq istəmədiyini yazan Röyal sevgilisindən və doğmalarından halallıq istəyib.
R.Mirzəyevin məktubu və istifadə etdiyi telefon götürülüb araşdırma aparılır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın