Menu
Geri İrəli

Sultanın azyaşlı qızlardan ibarət hərəmxanası, sel kimi axan neft milyardları…

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2017 • Baxış sayı: 667 dəfə • Şərh yoxdur
Share Button

Bruneydə sultan Həsənal Bolgiahın hakimiyyət başına gəlməsinin 50 illiyi münasibətilə təşkil edlən təntənələr başa çatıb. Tailiand kralının ölümündən sonra o, dünyada ən uzun müddət hakimiyyətdə olan monarxdır. Onun təbəələri bütün mümkün sosial rifaha görə sevimli sultana minnətdardır. Sultan onlar üçün şəriət qanunları tətbiq edib, hərçənd özü bu qanunlara əməl etmir: çoxsaylı qadınlardan ibarət hərəmxana saxlayır, xəzinə milyardlarını saraylara, dəbdəbəli avtomobillərə və hərəmxanasından olan azyaşlı qızlarla seks-ziyafətlərə xərcləyir. Virtualaz.org xəbər verir ki, “lenta.ru” dünyanın ən varlı hökmdarlarından biri haqda yazıb. Həmin məqalənin tərcüməsini təqdim edirik:

***

“Sultan Həsənal Bolgiahın və qardaşı Ceffrinin pulları ilə bu dünyada bütün xəstəlikləri müalicə etmək olar. Problem təkcə ondadır ki, onları qalan insanlar heç maraqlandırmır”-sultan ailəsinin yaxınlarından biri vaxtilə “Fortune” jurnalına belə demişdi.

Sultan və onun tayfasının hansı dəbdəbə içərisində üzdüyünü dünya ilk dəfə 2011-ci ildə “Vanity Fair” jurnalının qalmaqallı məqaləsindən öyrəndi. Sultanın təəbələri onun xəzinə milyardlarını hara xərclədiyini o vaxta qədər müzakirə belə edə bilməzdilər, buna görə onları həbsxana gözləyirdi. Həmin il onlar jurnaldan oxudular ki, sultanın sarayında 1700 otaq , 257 hamam otağı, beş hovuz, məscid, beş min nəfərlik banket zalı və 110 maşın tutan qaraj var.

Lakin bu da hamısı deyildi. Sultanın ailəsi dəbdəbəli “The Dorchester Hotel” otelləri şəbəkəsinin, 17 təyyarənin, 9 min avtomobilin, dünyanın 12 ölkəsində 150-dən çov evin və bir çox digər sərvətlərin sahibidir.

 

Neft çay kimi axır, qızlar masaların üstündə rəqs edir…

Adama elə gələrdi ki, bu cür nağılvari sərvətlərə malik sultanlıqda qayğısız həyat barədə danışmaq olar. Hər şey Bolgiahın xeyrinə idi: 20112-ci ildə “Forbes” jurnalı xəbər verdi ki, neftlə və qazla zəngin olan Bruney, Borneo yarımadasının şimal-şərqində yerləşən bu ölkə dünyanın ən zəngin beşölkəsindən biridir. Bruney 1970-ci illərdən neft ixrac edir, ölkə büdcəsinin gəlirlərinin 90 faizi neftdən gəlir. Məhz 70-ci illərdə Amerikanın “Shell” şirkəti Bruneyə gəlib. O vaxtdan Bruneyi zarafatla “Shelıfare”, yəni “Shell” şirkətinin hesabına yaşaya dövlət adlandırırlar.

Ölkə neft hesabına varlandıqca sultan və onun yaxınları özlərini də yaddan çıxarmırdılar: neft gəlirlərindən payını alan monarx və yaxınları tezliklə dünyanın ən zəngin adamlarından birinə çevrildilər. Əlahəzrətin təəbələri isə siyasi partiyaların, müxalifətin, seçkilərin və müstəqil KİV-lərin nə olduğunu bilmir. Bütün bunlar Bruneydə qadağandır. Əvəzində Həsənalın təəbələri pulsuz təhsil, səhiyyə, yüksək pensiyalar və ev, maşın alarkən çox aşağı kredit faizləri ilə təmin olunublar.

Sultan 50 illik yubileyinə Maykl Ceksonu çağırmışdı və ona 17 milyon dollar qonorar vermişdi. Həsənal Bolgiah öz şəxsi təyyarəsini qızıl və daş-qaşlarla bəzədilmiş saraya çevirib. Qohumlarına və dostlarına hədiyyələrə cəmi 17 milyard dollar xərcləyib. Məsələn, sultan qızının ad günündə ona 100 milyon dollarlıq “Airbus A340” təyyarəsi bağışlayıb. Sultanın qardaşı Ceffri isə 10 il ərzində gündə orta hesabla “cari xərclərə” 747 min dollar sərf edib.

Sultanın seksual şücaətləri haqda isə əfsanələr gəzir. Bruneylilər özlərinin heç nə veclərinə deyil, lakin dünya çoxdan bilir ki, Bolgiah kiçik qardaşı ilə birlikdə onlarla azyaşlı qızlardan ibarət hərəmxana qourub və qızları saatlarla davam edən möcüzəvi orqiyalara cəlb edir. İlk dəfə bu haqda 1997-ci ildə danışdılar. O vaxt “Miss Amerika-92” müsabiqəsinin qalibi Şennon Marketik sultana və kiçik qardaşı, “planetin bir nömrəli pleyboyu” adını qazanmış Ceffriyə qarşı məhkəmə iddiası qaldırdı.

Şennona Bruneydə günü 3 min dollara işləmək vəd etmişdilər. Bunun əvəzində ABŞ vətəndaşını seks-köləyə çevirdilər, axşam saat 10-dan səhər saat 3-ə qədər əyləncə mərasimlərində rəqs etməyə məcbur etdilər. Onu narkotiklərə alışdırdılar və sonra fahişə kimi rəftar etməyə başladılar. Amerikalı gözəlçə başına gətirilənlərə görə sultandan və qardaşından 10 milyon dollar kompensasiya tələb edirdi. Lakin işi tez-tələsik ört-basdır etdilər. Sultan özü bu ittihamları “qətldən betər cinayət” adlandırdı, özü və qardaşı diplomatik immunitetə istinad edib məhkəmə qarşısında dayanmadılar.

Bu insident haqda yəqin ki, tezliklə yaddan çıxara bilərdilər, lakin digər amerikalı Cillian Louren 2010-cu ildə “Hərəmxanada həyat: bir neçə qız” adlı kitab nəşr etdirdi. Doğrudur, kitabda Ceffrinin hərəmxanasındakı həyatdan bəhs edilirdi, ancaq amerikalı qız bir dəfə sultanın özünə də qulluq etmək şərəfinə nail olmuşdu.

Louren kitabda yazır ki, Bruneyə gətirilən və hərəmxanaya verilən qızların pasportunu əllərindən alırlar. Onlara heç yana çıxmağa icazə vermirlər, sərt dietə məcbur edirlər. Hərəmxanadakı qızların hamısına 2 min dollardan başlayan həftəlik muzd verilir. Əsasən onları üç həftəlik müqavilə ilə cəlb edirlər, lakin bəzən müqavilənin müddəti bir neçə il uzadıla bilər. Çoxları etiraf edir ki, bu cür puldan imtina edib sultanın hərəmxanasından çıxmaq istəmirlər.

Hərəmxanadakı qızların çoxu  14 yaşlarında tailandılar və ya filippinlilərdir. Louren yazır ki, hər gecə sarayda və sultanın qardaşının 45 metrlik “Tits” adlı yaxtasında  təşkil olunan seks-əyləncələrdə alkaqol sel kimi axır, qızlar şahzadə üçün masaların üstündə rəqs edir. Ceffri isə onlardan birini və ya bir neçəsini seçib gecəni səhərə qədər əylənir. Ceffrinin seçdiyi qızlar həmin gecə bahalı hədiyyələrə qərq edilir. Lakin gecə əyləncəsi üçün seçilməyənlərdən kimlərisə gündüz birbaşa Ceffrinin iş otağına da apara bilərlər.

Louren bildirir ki, Ceffri ABŞ-la bağlı olan hər şeyin fanatıdır: maşınların, geyimin, pop-mədəniyyətin. “O, istənilən jurnalı aça və barmağını xoşuna gələn qızın fotosunun üstünə qoyub deyə bilərdi: “Bax bunu və ya o birini istəyirəm”. Sonra isə onları sifariş verib gətizdirirdi”-Louren xatırlayır.

Nəhayət sultanın qardaşı xəzinənin pullarını bu cür sağa-sola səpələməyə görə cavab verməli oldu. Həsənal Bolgiah qardaşı barədə London məhkəməsinə şikayət etdi. Məhkəmə çəkişməsi 10 il davam etdi və sultanın xeyrinə bitdi. Lakin fikir ayrılıqlarına baxmayaraq qardaşlar yaxşı münasibətləri saxladılar və öz harın həyat tərzlərini dəyişmədilər.

 

“Pul azalsa da, mən sultanam”

Bruneydə “ümumxalq rifahı” 2014-cü ildə silkələndi. Neftin qiyməti iki dəfədən çox düşdü. Sultanın və qardaşı Ceffrinin harınlığına onların üçüncü qardaşı Məhəmməd də neqativ yanaşırdı. Bunu qiymətləndirən Bolgiah qardaşına nazir portfeli verdi və ona iqtisadiyyatda islahatlar aparmağı tapşırdı. Məhəmməd isə çox da fikirləşmədən xəzinədən öz ehtiyacları üçün 2 milyard dollar çırpışdırdı və rüsvayçı şəkildə işdən çıxarıldı.

Eyni vaxtda baş nazir, iqtisadiyyat və müdafiə nazirləri postunu tutan sultan məcbur oldu ki, iqtisadiyyatla şəxsən məşğul olsun. O qərara aldı ki, əvvəla öz iştahını bir balaca cilovlamalıdır, ikincisi iqtisadiyyatın şaxələndirilməsi ilə ciddi məşğul olmaq lazımdır.

Beləliklə, sultan hazırda fərdi biznesin inkişafını fəal dəstəkləyir, Bruneyi Tokio və digər maliyyə paytaxtları üçün cəlbedici etməyə çalışır. Ölkəyə turistlər cəlb etməyə səy göstərir. Yer gəlmişkən bu cəhdlərin heç biri hələlik uğur gətirməyib. Xüsusən də xarici turistlərlə bağlı işlər yaxşı deyil. Gecə klublarının olmaması və alkaqola qadağa xarici turistləri Bruneydən çəkindirir. Hələ 90-cı illərdə avstraliyalı yazıçı Çarlz Ceyms sultanlığı belə xarakterizə etmişdi: “Bruneydən daha darıxdırıcı yer Britaniyada qışın ortasında hansısa ucqar kənd ola bilərdi”.

İqtisadiyyatda problemlərin fonunda dindarlığı ilə heç vaxt seçilməyən sultan başa düşdü ki, təəbələrinin loyallığını artıq pulla təmin etmək çətindir, onları daha qənatcil olmağa və Allaha ibadətə alışdırmaq lazımdır ki, başları qarışsın. Nəticədə Bruney islamlaşdırma kusu götürdü. Müsəlman ailələrindən olan bütün uşaqlara din təhsili almaq məcburi qayda kimi tətbiq edildi.

Bundan əlavə Bolgiah ölkədə şəriət qanunlarını tətbiq edir. Müsəlmanlar üçün cümə namazını buraxmaq, nigahdan kənar hamiləlik, hicab taxmamaq, müsəlman olmayan dayələri işə qəbul etmək, alkaqol içmək, Ramazan ayında ictimai yerlərdə nəsə yemək və ya içmək, xəyanət, oğurluq və s. əməllər yüksək cərimə və həbslə, əllərinin kəsilməsi, şallaqlanma və daş-qalaq edilmə cəzalandırılır. Digər konfessiyaların nümayəndələri də məhdudiyyətlərlə üzləşirlər, onlara “Allah” sözünü işlətmək və dinlə bağlı məsələləri müzakirə etmək qadağandır.

2015-ci ildə Yeni il ərəfəsində xristianlara və müsəlmanlara küçədə Santa-Klaus papağında dolaşmağı qadağan etdilər. Bu qaydanı pozanları 15 min dollar cərimə və ya 5 ilədək həbs gözləyir. Təəbələr isə sultanın şəriət qaydalarını tətbiq etməsini anlayışla qarşılayıblar. Axı monarx onlara izah edib ki, islam-qloballaşmaya qarşı qalxandır.

Sultan özü və ailə üzvləri isə şəriət qaydalarının çoxunu pozur, ancaq bruneylilərin özlərinin bundan xəbərləri yoxdur. Ölkədə bütün KİV-lər monarxın nəzarətindədir. Onun tapşırığı ilə istənilən an istənilən KİV-i bağlaya bilərlər. İnternetə əhalinin cəmi 60 faizinin çıxışı var, üstəlik internet üzərində sərt senzura tətbiq edilir.

Sultan Bolgiahın təəbələri ona dua edib Quran ayələrini oxuduğu bir vaxtda monarxın özü yetkinlik yaşına çatmayan qızlarla əylənir, Bruneydə sabitlik isə barreldən barrelə laxlayır. Ekspertlər proqnozlaşdırırlar ki, 2035-ci ildə ölkənin neft ehtiyatları tükənəcək, sultanlıq isə bir saatın içində müflis olacaq.

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın