Menu
Geri İrəli

Sumqayıt gəncləri ekoloji problemləri müzakirə ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2016 • Baxış sayı: 104 dəfə • Şərh yoxdur

gencler merkeziSumqayıtdakı Gənclər Evində “Ekoloji təhlükəsizlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatı tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, gənclərin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi və ətraf mühitin mühafizəsinə cəlb olunması məqsədi daşıyan tədbirdə tələbələr və şəhərin müxtəlif sahələrini təmsil edən fəal gənclər iştirak ediblər.

Tədbir çərçivəsində gənclər arasında ətraf mühitin mühafizəsinin vacibliyini təbliğ edən videoçarx nümayiş olunub. Həmçinin iştirakçılara ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə edilən təbiət ərazilərinin inkişafı, dövlətin ekoloji siyasəti, iqlim dəyişiklikləri haqqında ətraflı məlumatlar verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın