Menu
Geri İrəli

Sumqayıt məktəblisi: “Regionlarla tanışlıq Vətənə sevgimizi daha da artırır”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2016 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur

14590102495852026798_1000x669İlk dəfədir ölkəmizin cənub bölgəsinə səfər edirəm. Səfər proqramımız çox zəngindir. Dörd gün ərzində Lənkəran, Lerik və Astara rayonları ilə yaxından tanış olmaq imkanı əldə etmişik.

Bu sözləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın cənub bölgəsinə təşkil edilmiş tur-aksiyanın iştirakçısı, Sumqayıt şəhərindəki 25 nömrəli tam orta məktəbin X sinif şagirdi Elçin Mehdiyev AZƏRTAC-a müsahibəsində bildirib.

E.Mehdiyev daha sonra deyib: “Regionlarla tanışlıq hər birimizin intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayır, Vətənə olan sevgimizi daha da artırır, mənəvi inkişafımıza müsbət təsir göstərir. Aksiya zamanı biz həm də yaşıdlarımızla fikir mübadiləsi aparmaq imkanı qazanırıq. Bizə bu şəraiti Prezident İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına “Çox sag olun!” deyirik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın