Menu
Geri İrəli

Sumqayıt şəhər klub müəssisələrində silsilə tədbirlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2016 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

13405200_1633653876954425_1005845133_o

13410926_1633654496954363_783568914_o

13445927_1633654493621030_1347353722_o

13446041_1633654420287704_1977580795_o

13461038_1633653790287767_939132930_o

13461260_1633654506954362_814868141_o

“Gənclik” klubu 4 saylı diyarşünaslıq klubu ilə birgə bir illik fəaliyyətin yekunu olaraq hesabat konserti ilə çıxış edib. Hesabat konsertində özfəaliyyət kollektivlərinin çıxışı dinlənilib.
Gənc xanəndə Müşfiq Əliyevin ifasında muğamlar, gənc aşıq Orxan Orucovun ifasında saz havaları, solistlər Mahir Mehdiyev, Gülbahar Rzayeva, Rəvan Ağayev, Leyla Məmmədovanın ifasında xalq və bəstəkar mahnıları tədbir iştirakçılrı tərəfindən alqışlarla qarşılanıb.
İlham Həsənov və Gülbəniz Abbasovanın ifasında səslənən şeirlər tədbiri daha da rövnəqləndirib.
“Gənclik” klubunda keçirilən daha bir tədbir sumqayıtlı şair Asif Asimanın yaradıcılığına həsr olunub. Tədbirdə şairin müxtəlif illərdə yazdığı şeirlər ifa olunub. Sonda şair Asif Asiman çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və yaradıcılığı ilə bağlı verilən sualları cavablandırıb.
Tədbirdə şairin qələm dostları iştirak edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın