Menu
Geri İrəli

Sumqayıtda 2 yeraltı keçid inşa olunacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2015 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

yeralti kecid“Sumqayıt inkişaf etdikcə bir sıra problemlər də ortaya çıxır ki, bu məsələlərin də həlli istiqamətində işlər həyata keçirilir.

Gələcəkdə Sumqayıt şəhərində Sülh küçəsində və Kimyaçılar meydanından Heydər Əliyev parkına olan istiqamətdə 2 yeraltı keçidin inşa olunması nəzərdə tutulur.”

Bu sözləri jurnalitslərlə görüşündə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

İcra başçısı, həmçinin Sumqayıtda aparılan abadlıq quruculuq işlərindən də söz açıb. Qeyd edib ki, bu işlər bundan sonra da davam etdiriləcək və şəhər əhalisinin problemlərinin aradan qaldırılması istiqamətində mütəmadi işlər görüləcək. O, bildirib ki, təxmini hesablamara görə gün ərzində icra başçısının ünvanına 300 məktub ünvanlanır və həftə ərzində vətəndaşların iştirakı ilə 100-dən çox qəbul həyata keçrilir. xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın