Menu
Geri İrəli

Sumqayıtda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 107 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Oktyabrın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, saat 11:00-da başlayacaq qəbulda Qubadlı, Abşeron, Zəngilan rayonlarının, Şuşa, Sumqayıt şəhərlərinin sakinləri iştirak edəcəklər. Qəbulda vətəndaşların qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra fəal qadınlarla görüşün keçirilməsi də planlaşdırılır.

Görüş çərçivəsində Sumqayıt şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın