Menu
Geri İrəli

Sumqayıtda saxta pul satan şəxsə 4 İL HƏBS

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2015 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur

fcd749f166071026a02fdcb9460eb379Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində təqsirləndirilən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüldü Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Anar Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Əliyev ötən il Sumqayıt şəhər polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı 59 ədəd saxta 100 manatlıq əskinas aşkarlanaraq götürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın