Menu
Geri İrəli

Sumqayıtda “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi həyata keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Dekabr 2015 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

Sumqayıtda “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsinə başlanılıb. Layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçiriləcək.

Layihə rəhbəri, Gənc İstedadlara Dəstək Fondunun prezidenti Vüsal Məmmədovun verdiyi məlumata görə layihə çərçivəsində dahi liderin Azərbaycan xalqı və dövləti üçün gördüyü nəhəng işlər, onun siyasi irsi barədə şəhərin təhsil müəssisələrində seminar və disputların keçirilməsi, eləcə də dahi lider Heydər Əliyevin Sumqayıta etdiyi səfərlər zamanı çəkilmiş fotolardan ibarət anatasiyalı albomun hazırlanması nəzərdə tutulub.

225_B42rL5zF64v3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın