Menu
Geri İrəli

Sumqayıtda Yeni il bayramı münasibəti ilə “Şəhərimizin qış nağılı” adlı şənlik keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2010 • Baxış sayı: 1,040 dəfə • 1 şərh
Share Button

Şəhərimizdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə xüsusi hazırlıq işləri həyata keçirilir. Belə ki, şəhərin bütün park və xiyabanlarında yolkalar qurulur. Qeyd edək ki, hər yolkanın yanında bayramın əvəzedilməz simvolları olan Şaxta Baba və Qar qız dayanacaq. Şəhərin bütün küçələri, eləcə də ticarət və xidmət obyektlərinin qarşısı bayram əhval-ruhiyyəsinə uyğun tərtib olunur.

Yeni il bayramı münasibəti ilə şəhərimizdə fəaliyyət göstərən bütün mədəniyyət ocaqlarında silsilə bayram şənlikləri həyata keçiriləcək. Eyni zamanda “Şəhərimizin qış nağılı” adlı əsas şənlik təşkil ediləcək. S. Vurğun adına mədəniyyət sarayının qarşısında baş tutacaq şənlikdə müxtəlif rəqs kollektivlərinin çıxışları uşaqların əyləncəsinə rəng qatacaq. Uşaqları təbrik edənlər sırasında tanınmış cizgi filmləri qəhrəmanları, Şaxta Baba və Qar qız olacaq.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda Yeni il bayramı münasibəti ilə “Şəhərimizin qış nağılı” adlı şənlik keçiriləcək” yazısına bir cavab

  1. Sevinc deyir:

    Bu çox yaxşı xəbərdir.yalnız vaxtını, saatını və hansı mədəniyyət sarayında şənliklər neçə gün olacağını da yazsanız pis olmaz.Qabaqcadan təşəkkürlər.

Şərhinizi yazın