Menu
Geri İrəli

“Sumqayıt”ın büdcəsi və hədəfi artdı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2015 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

Xəbər verdiyimiz kimi, ölkənin böyük şirkətlərindən olan ”Paşa Holdinq” “Zirə”yə sponsorluq etməkdən imtina edib. Əvəzində “Suqmayıt”la yeni müqavilə imzalanıb.

 

Rekord.az-ın əldə etdiyi məlumata görə, şirkət ötən mövsüm “Zirə”yə ayırdığı vəsaiti növbəti mövsümdən “Sumqayıt”a ayıracaq ki, bununla da Sumqayıt klubunun büdcəsi artacaq.

 

Bununla bərabər klubun hədəfləri də artacaq. Çünki “Kapital Bank” da kluba ayrılan maliyyəninin məbləğini artırıb. Klubun yay hazırlığını ölkə xaricində keçməsi də az şeydən xəbər vermir. Bizə çatan məlumata görə, artıq “Sumqayıt”ın qarşısına növbəti mövsümdən ilk “4-lüy”ə oynamaq tapşırığı qoyulacaq.

- See more at: http://rekord.az/news/p:26032#sthash.UIptkoy5.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın