Menu
Geri İrəli

Sumqayıtlı şagirdlər ümummilli lider Heydər Əliyevin irsini öyrənirlər – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2016 • Baxış sayı: 120 dəfə • Şərh yoxdur

Sumqayıtda “Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində tədbirlər davam etdirilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçirilir.

Növbəti belə tədbir Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə təşkil olunub. Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova Fond, onun missiyası, gənclər üçün yaratdığı imkanlar barədə məlumat verib. O, gəncləri öz ideyalarını layihələşdirərək Fonda təqdim etməyə dəvət edib.

Gənc İstedadlara Dəstək Fondunun prezidenti Vüsal Məmmədov layihə barədə məlumat verərək bildirib ki, layihə ulu öndər Heydər Əliyev irsinin gənclər arasında təbliğini nəzərdə tutur və bu mövzuda şəhərin bir çox müəssisələrində gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirilib.

Tədbirdə Ulu Öndərin həyatından bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib, daha sonra məktəbin şagirdi Nigar Mahmudovanın mövzu ilə bağlı hazırladığı prezentasiya nümayiş etdirilib.
Azərtac, Ətrabə Rzayeva

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın