Menu
Geri İrəli

Sumqaytıda Beynəlxalq “Yer Günü”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 292 dəfə • Şərh yoxdur

Bu gün (22.04.2016) beynəlxalq “Yer Günü”dür. Əlamətdar gün münasibətilə Sumqayıt şəhərində bir sıra müvafiq tədbirlər keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi öz xidməti ərazisində yerləşən orta təhsil məktəblərində və bir sıra ictimai yerlərdə məktəblilər və sakinkərlə maarifləndirici söhbətlər aparır, məktəbyanı ərazilərdə təmizlik işləri görülür, bundan başqa şəhərin bir sıra yerlərində iməcliklər təşkil edilir, ağaclar əkilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Ətraf Mühitin Monitorinqi və Ekoloji Təbliğat sektorunun müdiri İbrahimli Vüsal xeberlent.az saytına mövzu ilə əlaqədar münasibət bildirdi:
“1870 ci ildə ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk “Ağac Günü”ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.
1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayram günü kimi elan olundu.
1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.
Onu qeyd etmək lazımdır ki 1970-ci ildə meşələrin kütləvi surətdə qırılması geniş yayılmışdı görkəmli akademik Həsən Əliyevin yazdığı Həyacan Təbili adlı məqaləsi böyük rezonansa səbəb oldu.Həmin dövrdə meşələrin qorunması günün ən aktual məsələlərindən birinə çevrilmişdir.1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı. 141 ölkəni (o cümlədən bizim ölkəni) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir.”

1257 1256

Facebook Şərhləndirmə:

Şərhinizi yazın