Menu
Geri İrəli

Tahir Mirkişili Rio uğurlarından danışdı: “Bu bizim idmançıların çox böyük uğurunun və əzmkarlığının nəticəsi idi”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2016 • Baxış sayı: 772 dəfə • Şərh yoxdur

tahir mirkishili“Yay Olimpiya oyunları hər zaman dünyanın ən maraqlı idman yarışlarından sayılır.Bu əslində ən güclülərin yarışıdır. Olimpiya oyunlarında iştirak belə böyük uğur sayılır. Bu baxımdan Rio-da keçirilən Yay Olimpya oyunları da öz rengarəngliyi, idmançıların yeni rekordları və həm də qalmaqalları ilə yadda qaldı.”  sumqayitxeber.com xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan əvvəlki London Yay Olimpiya oyunlarından fəqrli olaraq bu dəfəki yarışlara daha çox idmançı ilə qatılmışdır: “Ölkəmizi 14 idman növü üzrə 56 idmançı təmsil edirdi. Əldə olunan medalların idmançıların sayına nisbətinə görə Azərbaycan dünyada 1-ci yerə çıxdı. Ümumi medal sayına görə dünyada 15-ci, Avropada 7-ci, müsəlman ölkələri arasında 1-ci , MDB ölkələri arasında 2-ci yerə çixdı.  Bunlar çox böyük uğurlardır!

London Olimpiya oyunlarında ölkəmizi 53, Rio Olimpiya oyunlarında isə 56 idmançı təmsil edirdi. Əgər London Olimpiya oyunlarında idmançılarımız 10 medal qazanmışdırlarsa, Rio Olimpiya oyunlarında qazanılan medalların sayı 18 oldu. Bu bizim idmançıların çox böyük uğurunun və əzmkarlığının nəticəsi idi!

Olimpiya idman yarışlarında nailiyyət əldə etmək çox çətindir. Bunun üçün illər uzunu əzmkarlıqla məşq etmək, əzab-əziyyətlərə qatlaşmaq və qələbə ruhuna sahib olmaq lazım. Ölkəmizdə ilk öncə idmançıların yetişməsi üçün bütün şərait yaradıldı. Olimpiya kompleksləri, müxtəlif idman qurğularının tikilməsi idmanın inkişafı üçün bazanı formalaşdırdı. Daha sonra idmançıara xüsusi qayğı və diqqətin göstərilməsi, onlara maddi və mənəvi dəstəyin verilməsi idmançıları daim qələbələri ruhlandırdı. Azərbaycan Prezidentinin hər zaman idmançıların yanında olması, əksər hallarda onun idman yarışlarını şəxsən izləməsi, qalibləri şəxsən təbrik etməsi idmançılara qələbə ruhunu aşıladı. Hesab edirəm ki, Azərbaycan idmançılarının qalibiiyyətlərinin sirri məhz bu amillərlə bağlıdır.

İdmançılarımıza daha da böyük uğurlar arzu edirəm!”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın