Menu
Geri İrəli

Təklif: “Qoşa “y” hərfi olan sözlər bir “y” ilə yazıla bilər”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2017 • Baxış sayı: 961 dəfə • Şərh yoxdur

MTU5Mzk4ZThlM2QxOGU_1Firudin Cəlilov: “Bunlar həll edildikdən sonra orfoqrafiya lüğəti yenidən hazırlanmalıdır”

“Hər 20-30 ildən bir orfoqrafik problemlər mütləq həll edilməlidir”.

Bunu Sherg.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Orfoqrafiya Lüğəti”nin hazırlanmasının və məsuliyyətinin AMEA-ya aid olması haqqında açıqlamasına münasibət bildirərkən tanınmış türkoloq alim, filologioya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov deyib.

O bildirib ki, AMEA-nın Dilçilik institutunun tərkibində dil məsələlərinə baxan Toponimlər şöbəsi fəaliyyət göstərir:

“Onların icazəsi olmadan bir sözün yazılışını heç kim müəyyən edə bilməz. Bu, dövlət məsələsidir. Dil bu səviyyədə qorunmalıdır. Akademiyanın buraxdığı orfoqrafiya lüğəti yarıtmazdır. Dil inkişaf edib, orfoqrafiya isə dilin inkişafı ilə ayaqlaşmalıdır. Son 20-30 ildə yaranmış fərqlərin üzərində işləmək lazımdır.

Hər zaman təklif edirəm ki, alimlər yığışıb müzakirə etməli, müəyyən islahat aparmalıdır. Məsələn, dildə işlənən bəzi sözlərdə qoşa “y” hərfi olan sözlər bir “y” ilə yazıla bilər. Məsələn, bunu ədəbiyyat və mədəniyyət sözləri bir “y” hərfi ilə yazıla bilər. Belə hallar çoxdur. Bunlar həll edildikdən sonra orfoqrafiya lüğəti yenidən hazırlanmalıdır”.

Xarici dillərdən alınma sözlərin dilə uyğunlaşdırılmasına gəldikdə isə professor qeyd edib ki, AMEA-nın Dilçilik institutu bu sahədə çalışmalıdır:

“Dil dövlət atributudur, onunla zarafat etmək olmaz. Bütün məsələlər Terminologiya şöbəsində həll olunur. Bu həmişə belə olub. Lakin son 20-30 ildə məsələ ilə ciddi məşğul olan yoxdur”.

Qeyd edək ki, İ.Həbibbəyli akademiyanın digər qurumlarda hazırlanan “Orfoqrafiya lüğət”lərinin məsuliyyətini üzərinə götürmədiyini vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın