Menu
Geri İrəli

Türkiyə millisi 1/8 finala çıxa bilər – Bu necə mümkündür?

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 945 dəfə • Şərh yoxdur

1466494808Xəbər verdiyimiz kimi, bu gün Türkiyə milli komandası “Avro-2016″ qrup mərhələsində son matçını keçirəcək.

ATV.az xəbər verir ki, arih Terimin komandası Bakı vaxtı ilə saat 23:00-da çexləri sınağa çəkəcək.

Bundan öncəki iki matçda məğlub olan Türkiyə millisi 1/8 finala vəsiqə qazana bilərmi? Çoxları üçün bu əlçatmaz görünsə də, praktik baxımdan mümkündür. Belə ki, qardaş ölkə təmsilçiləri ən yaxşı qrup üçüncüsü olacaq 4 komandadan biri kimi 1/8 finala vəsiqə qazana bilər. Bunun üçünilk növbədə bu gün çexlərin qapısından iki cavabsız top keçirmək lazımdır.

- Türkiyə 3 xal toplayacaq, qol nisbəti -2 olacaq və onlar A qrupunun üçüncüsü olan və top nisbəti -2 olan albanlara çatacaq

- Türklər yarışda 2 qol vurduğu üçün albanları üstələyəcək (albanlar qrupda cəmi 1 qol vurub).

Amma bu da son deyil. E qrupundakı iki matçın nəticələri də xüsusi əhəmiyyət daşıyır. Bunun üçün

- Qrup birincisi və artıq 1/8 finala vəsiqəni təmin edən İtaliya 1 xalı olan İrlandiyaya, 3 xalla ikinci olan Belçika isə 1 xalı olan digər komanda – İsveçə uduzmamalıdır.

Belə olan halda Türkiyə həmin qrupun üçüncüsü, eləcə də Albaniyanı geridə qoyaraq 1/8 finala yüksələcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın