Menu
Geri İrəli

Yadplanetlilər bizə siqnal yollayırlarmı? – ALİMLƏR AÇIQLADI

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2017 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur

rtDünyanın ən məşhur kosmos mütəxəssislərindən ibarət qrup yadplanetlilərin Yer kürəsi ilə əlaqəsini təkzib edib.
Publika.az xəbər verir ki, alimlər yüksək keçirici kosmik simlərin ötürdüyü sürətli radio sıçrayışların bəzi mütəxəssislər tərəfindən yanlış müşahidə edilərək yadplanetlilərin Yer kürəsinə göndərdiyi siqnal kimi qiymətləndirildiyini bildiriblər.

Çin və ABŞ-dan olan alimlər bu versiyanı materiyanın özündə güclü elektromaqnit siqnalları saxlama gücünə malik olması ilə izah edib.
Tədqiqatçılar hesab edirlər ki, hipotetik astronomik obyektlərin xarakteristikaları sürətli yayılan radiosıçrayışlar əsasında müəyyən edilir.
Bununla belə mütəxəssislər irəli sürülən verisyanın daha da dəqiqləşdirilməsi üçün uzunsürən müşahidələrə ehtiyac olduğunu bildiriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın