Menu
Geri İrəli

Yağış vaxtı küçələri su basmayacaq – “Azərsu” sədri vəd verdi

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2017 • Baxış sayı: 42 dəfə • Şərh yoxdur
Share Button

“Ötən ilin noyabrında prezident Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı və mütəxəssilər qısa müddətdə subasma hallarının daha çox müşahidə olunduğu əraziləri müəyyənləşdirərək təkliflər hazırladılar. Bu təkliflərə hökumət səviyyəsində baxıldı və Nazirlər Kabineti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam layihəsə qəbul etdi”.
Bunu YAP-ın saytına müsahibəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov yağışlardan sonra küçələri su basması haqda suala cavab verərkən deyib. O, bildirib ki, burada Abşeron yarımadasının subasma təhlükəsi olan müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu: “2017-ci ilin may ayında tikinti-quraşdırma işlərinə başlanılıb və qısa müddətdə 8 ərazidə – Böyükşor, Taşağıl və Məhəmmədi gölləri, Ramana Südçülük Sovxozu, Əhməd Cəmil, Əliyar Əliyev, Yusif Səfərov, Kazımağa Kərimov küçələrində layihələrin icrası yekunlaşıb. Bu layihələr çərçivəsində layihələndirilmiş 17 km-dən çox kollektor və nasos stansiyaları inşa edilib. Bu layihələrin bəziləri haqqında qısa məlumat vermək istərdim.
Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə 2,9 km kollektor inşa olunub. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə 1,5 km kollektor tikilmişdir. Subasma hallarının daha çox qeydə alındığı  Ziya Bünyadov prospektində də işlər intensiv şəkildə davam etdirilir.
Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 km layihələndirilən kollektorun 1,6 km-lik hissəsi tikilib. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Qarşıdakı bir ay ərzində layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bununla da subasma təhlükəsi olan bəzi küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda göllərdə suyun səviyyəsini tənzimləməklə yaşayış evlərinə ziyan vurma təhlükəsini aradan qaldıracaq”

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın