Menu
Geri İrəli

Zəlzələlər silsiləsi Azərbaycana da gələ bilərmi? – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2017 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur
Share Button

zelzele-gostericisiİran-İraqda baş verən yeraltı təkanlar Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Qurban Yetirmişlinin sözlərinə görə, Azərbaycan üçün heç bir təhlükəli vəziyyət, dağıdıcı zəlzələlərin olma ehtimalı yoxdu:

“Cənub zonasında İranla həmsərhəd rayonlarda yaşayan insanlar yeraltı təkanları çox yüngül hiss ediblər”.

Qeyd edək ki, dünən axşam saatlarında İraqın Süleymaniyyə şəhərində 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə qeydə alınan dəhşətli zəlzələdə 3 əyalətdə güclü dağıntılar baş verib, çoxlu sayda ölən və xəsarət alanlar var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın