Menu
Geri İrəli

“AQS dental center” tövsiyə edir: İMPLANT haqqında bunları bilməlisiniz

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2017 • Baxış sayı: 711 dəfə • Şərh yoxdur
Share Button

Logo AQS medical 33“AQS dental center”in təqdim etdiyi budəfəki yazıda oxucular implant haqqında məlumatlandırılacaq.

1. İmplant nədir?

Dental implant – süni diş kökləridir.

Günümüzdə dental implantlar təbii dişlərimizi əvəz edən alternativ vasitədir.

İmplantlar üzərinə düzəldilən tək qapaqlar, körpülər və protezlər təbii dişlərə daha uyğundur.

Ağzında çıxan protezlər olan şəxslərə dental implantların tətbiqi stabillik funkionallıq və estetikliyin saxlanılması zəmanətini verir.

2. Kimlərə implant uyğulana bilər?

Əgər pasiyent 1 və ya bir neçə diş itiribsə yaşı 17-dən çoxdursa adekvat sümük dayağı varsa dental implantasiya üçün namizəd hesab oluna bilər.

Pasiyentlərdə aşağıda adları çəkilən xəstəliklər zamanı dental implant yerləşdirilməsi məsləhət görülmür:

Alkoqolizm;

İdarə olunmayan diabet;

İmmunodefisitlər;

Sistem xəstəlikləri olan şəxslər;

Hamilə və süd verən xanımlar;

İmplantlar üçün ən uyğun zaman dişlər çəkildikdən 2 və ya 6 ay sonra yerləşdirilməsidir.

3. İmplantmı- körpümü? İtirilmiş dişin yerinə implantasiya

Pasiyent 1 və ya bir neçə dişi itiribsə mütləq itirilmiş dişə yaxın qonşu dişlər yonulmalıdır. Bu da ən azı pasiyentin 2 sağlam dişinin məhv edilməsinə və itirilmiş dişində yükünü daşıması düşür. 7-10 ildən bir körpünü dəyişmək lazım gəlir. İmplantda isə qonşu dişlər yonulmur, itirilmiş dişin kökü bərpa olur və ətraf sümük qorunur, təbii diş kimi görünür, estetik və daimi olur. (xəstə ömür boyu xəstəlik keçirməsə)

4. Ağrı olurmu?

İmplantlar çox vaxt yerli keyləşmə əsasında həyata keçirilir. Lakin klinikamızda pasiyentlərin istəyi və ya buna tibbi göstəriş varsa əgər sedasiya edərək (yatızdırılaraq) də əməliyyatı aparmaq olur.

5. İmplantasiya nə qədər vaxt alır?

Seçilmiş implantın növlərindən asılı olaraq eyni gündə implantların üzərinə qapaq düzəltmək olur. Əks halda normalda pasiyentlər 2-3 ay gözləyə bilərlər.

Dişləri çəkdikdən sonra uyğun sümük varsa eyni anda implant yerləşdirmək mümkündür.(immediat implantasiya ).

“AQS dental center”-ə müraciət edərək implant haqqında bütün suallarınıza cavab və şübhələrinizə son qoyun.

Növbəti yazılarımızda xəstələrimizdən nümunələr dərc edəcəyik.

implant

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın