Menu
Geri İrəli

Deputatımız özünəməxsus səhər yeməyi icad etdi – RESEPT

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 596 dəfə • Şərh yoxdur

jale_c1fffea5a1ad2446004ca99f0c2cab16Millət vəkilinə məxsus səhər yeməyi resepti

 

 

Ailem.az saytının “Məhşurların mətbəxindən” rublikasının növbəti qonağı millət vəkili Jalə Əliyevadır. Deputat bizə özünəməxsus səhər yeməyi resepti təqdim etdi: “Bazar günləri səhər yeməyi masamız bir az geniş olur. Masada olan ərqazlardan belə bir səhər yeməyi hazırladım. Anam çox bəyəndi. Onun istəyi ilə son günlər səhərlər bu yeməyi hazırlayıram. O qədər xoşlayır ki, hətta deyir, bu, yeməyə ad da qoyaq”.

 

 

 

2 nəfərlik səhər yeməyi üçün lazım olan ərzaqlar:

 

 

 

2 dilim “Holand” pendiri, 2 dilim “Servalat” kolbasası, 2 balaca pomidor, 2 yumurta, azca duz, 50 qram yağ.

 

 

 

Yeməyin hazırlanma qaydası:

 

 

 

Pendir və kolbasa nazik, uzunsoz formada doğranılır. Pomidorun iç hissəsi də xırda doğranılaraq ora əlavə edilir. Əvvəlcə yağ tavada əridilir. Sonra doğranmış ərzaqlar yağın üzərinə tökülür və vam odda bişirilir. Pendirin istənilən səviyyədə əriməsi və yumurtanın tam qızarmaması üçün yeməyin vam odda bişirilməsi vacibdir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın