Menu
Geri İrəli

Hər gün 2 dənə kivi yesəniz… – FAYDALARI

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2016 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

Mövsüm etibarı ilə qış aylarına başladıq artıq. Havaların dəyişkənliyi isə immunitet sistemimizi zəiflədərək, daha çox xəstələnməyimizə səbəb olur. Ancaq qidalanmamıza diqqət edərək qışda immunitet sistemimizi gücləndirə və bədənimizi infeksiyalara qarşı qoruya bilərik.

Aile.lent.az qış aylarında xəstələnməmək üçün tövsiyələr təqdim edir.

Hər gün iki ədəd kivi yeməyin faydaları

Gündəlik tövsiyə edilən C vitaminin demək olar ki, 2,5 qatını qarşılaya bilir və immunitet sistemini gücləndirir.

Zəngin C vitamini tərkibi ilə yaşlanma təsirlərini azalda bilir. 2 ədəd kivinin lif tərkibi daha çoxdur. Banandan da çox potasium tərkibli olduğu üçün xüsusilə idmanla məşğul olan şəxslərin qida proqramında yer alması məsləhətdir.

Xəstəliklərdən qorunmaq üçün bunları edin

Güclü sümüklər üçün son qalan günəş işıqlarından faydalanın. Qış yuxusundakı maddələr mübadilənizi canlandıra bilərsiniz.

Günəş təsirini itirməyə başladığında isə həftədə 3-4 dəfə balıq yeyərək, Omega 3, selenium və D vitamini almanıza dəstək ola bilərsiniz. Omega 3 yağ turşularının göbək yağlarından qurtulmanızda da faydası var.

A və C vitamini tərkibli meyvə-tərəvəz yeyin (naringi, kök, kələm, kivi, yaşıl yarpaqlı tərəvəzlər, qreypfrut).

Güclü immunitet sistemi üçün maqnezium və sink deposu olan buğda rüşeyminə gündəlik qidalanmanızda yer verə bilərsiniz.

Soyuq havaların başlamasına rəğmən, gündə 2,5 litr su içməyi unutmayın. Su içmək qışda yaşaya biləcəyiniz diqqət yayınmalarını da azalda bilər. Həm də qışda tez-tez şirniyyat istəməyinizin qarşısını alar.

Yavaşlayan maddələr mübadiləsini sürətləndirmək üçün süd , qatıq, ət məhsulları yeyin. Probiotik qəbulunu artırın.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın