Menu
Geri İrəli

Hər gün bir qabıqlı alma yesəniz… – BİLMƏDİYİNİZ FAYDALARI

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2016 • Baxış sayı: 661 dəfə • Şərh yoxdur

almaYediyimiz ən faydalı qidalardan olan alma zəngin vitamin və mineral tərkibi ilə bir çox xəstəliklərdən qoruyur. Tərkibindəki yüksək miqdarda C vitamini ilə antioksidan təsir göstərərək immunitet sistemini gücləndirir. Ancaq almanı soymadan, qabıqlı yemək daha faydalıdır. Aile.lent.az almanı qabıqlı yeməyin faydalarını təqdim edir.

Tərkibindəki bol vitamin və mineralla bir növ vitamin qaynağı olan alma bir çox xəstəliyin də dərmanıdır. Xüsusən də qabıqlı yeyildikdə bir çox xərçəng növünə qarşı da qoruma təmin edir.

C vitamininin almanın qabığında çox olduğu deyilir. Buna görə də almanı yaxşıca yuduqdan sonra qabığı ilə yemək daha faydalıdır. Alma qabığında olan lif həzm yolunun təmizlənməsini təmin edir və xərçəng riskini azaldır. Tərkibindəki kuersetin və C vitamini sayəsində sütun və ağciyər xərçəngləri başda olmaqla bir çox xərçəng növünə qarşı qalxan rolunu oynayır. Alma qabığının alt qismində pektin lifi var ki, bu da ishalın qarşısını alır.

Hər yeməkdən əvvəl alma yeyin

Alma ürək xəstəliklərinin qarşısının alınmasına da yardımçıdır. Araşdırmalarda alma yeyən şəxslərin daha aşağı qan qlükoza səviyyəsinə sahib olduğu və buna görə ikinci dərəcəli şəkər riskinin azaldığı deyilir.

Alma qəbzlik şikayətlərinin həllinə də yardımçı olur. Alma yağ, sodium və xolesterol tərkibli deyil. Liflə zəngin olduğundan hər yeməkdən əvvəl bir ədəd alma yemək məsləhətdir.

Toxluq hissini artırır və artıq yeməyin qarşısını alır. Bir böyük alma 34 qram karbohidrat, 1 qr protein, yüzdə 7 nisbətində C vitamini, yüzdə 20 nisbətində lif və 260 mq potasium tərkiblidir.

Qidalanmanızda mütləq almaya yer verməli və hər gün 1 ədəd yeməlisiniz.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın