Menu
Geri İrəli

Leyla Əliyevanın təşəbbüsü ilə aksiya keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2014 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

aksiya1

Aksiyada azərbaycanlı tələbələrlə yanaşı Moskvanın ali məktəblərinin nümayəndələri iştirak edib.

 

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.

 

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, aksiya Rusiya Federasiyasının bir nömrəli qan köçürmə mərkəzi olan Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.

 

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən həyata keçirilən bu ilki aksiyada azərbaycanlı tələbələrlə yanaşı ümumilikdə Moskvanın ali məktəblərinin 300-ə yaxın nümayəndəsi iştirak edib.

 

Səhər saatlarından başlayaraq axşamadək davam edən aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər təşkilatının üzvləri də qoşulublar.

 

Qeyd edək ki, son 6 ildə gənclər təşkilatı əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.

 

Aksiyadan sonra institutun hematologiya kafedrasında mətbuat konfransı keçirilib. Konfransda Heydər Əliyev Fondunun bu cür aksiyaların təşkilində hər zaman maraqlı olduğu və gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulduğu bildirilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın