Menu
Geri İrəli

Məşhur türk həkimdən SENSASİYALI müsahibə – Dünyada ƏLACI OLMAYAN xəstəliyin müalicəsi varmış – ÖZƏL

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 103 dəfə • Şərh yoxdur
Share Button

migrBu gün dünya əhalisinin böyük bir hissəsi xroniki baş ağrıları olan “miqren” diaqnozundan əziyyət çəkir. Son günlərədək müalicəsinin olmadığını düşündüyümüz bu xəstəliyin çözümünü məşhur türkiyəli həkim Emel Gökmen tapıb. Emel xanım həmçinin müalicəsi olmayan fibromialgiya diaqnozunun qoyulması və müalicə üsullarını da müəyyən edib.

Tibb sahəsinə bu cür nəhəng töhfələr verən uzman-nevroloq E.Gökmen Publika.az-ın suallarını cavablandırıb.

- Emel xanım, Sizi tez-tez televiziya proqramlarında görürük. Demək olar ki, Türkiyə ekranlarının ulduzuna çevrilmisiniz. Qonaq olduğunuz verilişlərdə xəstəliklər haqda o qədər dərin və detallı danışırsınız ki, sizi dinləmək belə insanı sakitləşdirir. Xahiş edirəm, özünüz və karyeranız haqda bizə məlumat verin.

- 27 ildir ki, həkiməm. Bu müddətin yarısını xəstələrinə dərman yazan nevroloq kimi çalışmışam. 2004-cü ildə isə öz baş ağrılarıma belə çarə olmayan qalaq-qalaq həblərdən canımı qurtarıb, alternativ yollar araşdırmağa başladım. Bu tarixdən etibarən miqren, fibromialgiya, bel-boyun ağrıları kimi xəstəliklərin müalicəsi ilə məşğulam. Akupunktur, sinir terapiyası, homeopatiya, maqnit sahəsində işlər, osteopatiya kimi bir çox inteqrativ tibb sahələri üzrə təhsil almışam. Klassik tibbi bilikləri inteqrativ üsullarla birləşdirərək müəyyən xəstəliklərin səbəblərini və həllərini inkişaf etdirib, “Gökmen Yanaşması” nəzəriyyəsini yaratmışam.

Xəstəliklər haqqında dərin və səmimi şərh verdiyimi çox insan deyir mənə. Çünki özüm də bu yolu keçmişəm. Uzun müddət miqrendən əziyyət çəkmişəm, bu ağır günləri ailəm də mənimlə birgə yaşayıb. Həmçinin uzun illərdir bu xəstəliklərdən əziyyət çəkən insanları müalicə edirəm, onların dərdlərini dinləyirəm. Minlərlə xəstəni dinlədikcə artıq bu hisslər, biliklər insanın daxilinə hopur.

- Emel xanım, bütün dünyada olduğu kimi Azərbaycanda da minlərlə insan miqrendən əziyyət çəkir. “Migrene çözüm var” kitabınızda müalicəsi olmayan bu xəstəliyin çarələrini təklif edirsiniz.

- Miqren bütün dünyada yayılan, müalicəsi bilinməyən bir xəstəlikdir. Bio-elektrikli xəstəlik olduğu üçün dərman və digər üsullarla asanlıqla keçmir. Öncə bədəndəki elektrik sızıntılarını aşkar etmək lazımdır. Kitabımda miqrenin növlərinin müxtəlif yaşda olan xəstələr üzərində təsiri, yarada biləcəyi problemlər və müalicə üsulları haqda ətraflı məlumat toplamışam.

Bu kitabda hər növ baş ağrısı xəstəliklərinin müalicəsindən bəhs olunur. Eləcə də həkimlərə həlli yollarını izah edilir.

- Migrenin əsas səbəbləri nələrdir? Qarşısını qismən də olsa, almaq üçün nə etmək lazımdır?

- Əsasən uşaqlıqda keçirdiyiniz boğaz və diş xəstəlikləri, qeysəriyyə, abort, hamiləlikdən qoruyan vasitələrin istifadəsi və digər səbəblərin önəmli rolu var. Hətta stress, yanlış qidalar da miqreni gücləndirə bilər. Lakin bunların heç biri əsas səbəb deyil. Kitabımda xəstəliyinin hekayəsini bölüşən insanlar haqda da ətraflı məlumat var. Bunları oxuyarkən bir çoxları sanki özlərini görürlər. Uşaqlarda qusma ilə müşahidə olunan miqren növləri, qadınlarda menstrual ağrılar zamanı yaranan miqren, hətta körpəsini əmizdirən analardakı kəskin baş ağırları və onlarla digər səbəblər, eləcə də həlli yolları göstərilib.

- Miqren genetik xəstəlikdirmi?

- Bəli, daha çox ana tərəfdən keçir bizə.

-Bu xəstəliklə fəal mübarizə aparmaqçün nə etməliyik?

- Miqren xəstələri adətən olduqca həssas, təmizliyə çox önəm verən, eşitdikləri hər şeyi ürəklərinə salan biri olurlar. Məsələn, evdar xanım qonaqları gələcək deyə bütün gününü mətbəxdə keçirir. Qonaqların nə dərəcədə məmnun qalıb-qalmayacağını düşünüb, stressə düşür. Bu da bir səbəbdir. Yaxşı olar ki, heç bir məsələdə dərinə getməsin insan. Yaşamaqdan zövq alsın. Yeni hobbilər, maraqlar yaratsın özünə.

Картинки по запросу migren

- Emel xanım, Avropada yaşayan çox yaxın bir rəfiqəm daim baş ağrılarından əziyyət çəkirdi. Xəstəlik gedərək irəliləyir, bununla birgə də ağrı bel sümüklərinə, əllərinə və ayaqlarına keçirdi. Bir çox ölkədə müayinədən keçməsinə rəğmən, həkimlər konkret diaqnoz qoya bilmirdilər. Bəziləri hətta stress və depressiya ilə əlaqələndirirdi. Sonda isə fibromialgiya diaqnozu qoyuldu. Bu xəstəliyi üzə çıxardan nadir həkimlərdən biri də sizsiniz. Özünəxas müalicəsini edən ilk mütəxəssissiniz. Bəs, fibromialgiya nədir?

- Fibromialgiya çox yönlü bir xəstəlikdir, bir növ revmatizmdir. Buna yumşaq əzələ revmatizmi də deyə bilərik, lakin bununla iş bitmir. Halsızlıq, yorğunluq, saçın ucundan dırnağadək sızıltı, şikayətlər, tez-tez müxtəlif əzələlərin ağrıması, menstrual nizamsızlıq, qəbizlik, ishal, şişkilik problemləri fibromialgiyanın əsas xüsusiyyətlərindəndir.

Ağrılara daha çox bel və boyunda rastlansa da, qollara və ayaqlara da yayılır. Sümüklərdə ağrılar çox olduğu üçün insanda elə bir hiss yaranır ki, sanki sümükləri çürüyüb. Buna görə də, onlara toxunanda əsəbiləşirlər.

Əvvəllər bir yerdə durmayan fəal insan olsalar da, xəstəlikdən sonra bir az artıq hərəkət də onları tez yorur. Heç bir şey etməyə taqətləri qalmır. Saatlarca yatsalar da, səhərlər çox yorğun oyanırlar. Hətta bəzən yataqdan sürünərək dururlar. Çünki sümüklər, əzələlər sözlərinə baxmır. Fibromialgiya xəstələri bütün gün yatmaq istəyirlər. Bu halsızlıq kənardan depressiya kimi görünür. Lakin belə xəstələrin daxili enerjisi bitib-tükənmir. Sadəcə vücud arzularını gerçəkləşdirməyə, fəal həyat sürməyə imkan vermir. Depressiya isə tam fərqli anlayışdır. Bu zaman insan daxilən sönür. Odur ki, bu iki xəstəlik arasındakı fərqi dərk etmək lazımdır. Məhz ətrafdakılar tərfindən “anlaşılmaq” fibromialgiya xəstələrinin əsas problemidir. Çünki bir çox halda kənardan problemsiz, sağlam göründükləri üçün xəstə olduqlarına inanmayan doğmaları tərəfindən günahlandırılırlar.

- Bəs, bu xəstəliyin müalicəsi varmı?

- Fibromialgiya müalicəsi olmayan xəstəliklər siyahısına aid edilir. Bəzən ağrıları azaltmaqçün antidepressant dərmanlar istifadə edirlər. Fiziki müalicə, ağrıkəsicilər və s. əlavə vasitələr ağrıları azalda bilir. Ən maraqlısı bilirsinizmi nədir? Bu xəstələrin qan analizlərində qorxulu heç nə çıxmır. Onların orqanizmi sağlamdır. Sadəcə əzələ ağrlıları bədəni haldan salır, qıcıqlandırır. Odur ki, fibromialgiyalı insanlar birbaşa psixoloqlara, psixiatrlara yönəldilirlər.

- Eşitdiyimə görə, bir sıra Avropa şəhərlərində “Fibromialgiya müalicə mərkəzləri” fəaliyyət göstərir.

- Bəli, düz deyirsiniz, bəzi Avropa şəhərlərində xüsusi sanotoriyalar var. Burada xəstələr xüsusi idman hərəkətləri, təbii qidalar, pəhrizlərlə müalicə olunurlar. Bu üsulların az da olsa, nəticəsini hiss etmək olur. Lakin yenə də müvəqqəti çözüm yollarıdır. Mən isə daha çox akapunktur, sinir terapiyası, bio-sebernetik tibb üsullarını tövsiyə edirəm. Bir də hacamat (qan axıtmaq) üsulu var ki, son illər ölkəmizdə geniş yayılıb. Lakin mən bu üsuladan uzaq durmağa çağırırıam insanları.

Mənim nəzəriyyəmsə böyük təcrübəyə dayanır və müsbət nəticə verir. Bu nəzəriyyə və müalicə sayəsində fibromialgiyanın təməlini təşkil edən səbəblər kökündən sağaldılır, yüzlərlə xəstə yenidən həyata qayıdır.

- Emel xanım, Azərbaycandakı miqren və fibromialgiya xəstələrinə nə məsləhət görürsünüz?

- Mənim müalicə üsullarım özünəxas olsa da, ölkənizdə akapunktur, manual terapiya və digər alternativ müalicə üsulları tətbiq edən həkimlər var. Qalaq-qalaq dərmanları qəbul etmədən öncə bu üsulları sınayın. İnanın ki, bu daha faydalıdır. Bakıya tez-tez dəvət alıram. Lakin iş qrafikim olduqca sıxdır. Odur ki, hələlik sizin vasitənizlə tövsiyələrimi verməklə kifayərlənirəm. Hətta onu da bildirim ki, həkimləriniz Türkiyəyə gəlib, öyrənmək istəsələr, məmnuniyyətlə əlimdən gələni edərəm. Həmçinin https://www.emelgokmen.com/ ünvanlı saytımdan sualları ilə müraciət edə bilərlər. Bundan əlavə, saytda bir çox suallarınızın cavabları da var. Çünki bu xəstəliklər danışmaqla bitməyən mövzulardır.

- Gəncliyinizin və gözəlliyinizin sirlərini də paylaşa bilərsinizmi bizimlə?

- Leyla xanım, haqqımda belə düşündüyünüz üçün minnətdaram. Yaşımdan gənc göründüyüm düzdür. Əsas səbəb etdiyim faydalı və təbii müalicələrdır. Çarəsiz xəstələrə yenidən şəfa vermək, onların gözlərindəki xoşbəxtlik qığılcımlarını görmək gəncliyimin əsas sirridir. İllər bir-birini əvəz etdikcə buna bir daha şahid oluram.

Картинки по запросу emel gokmen

- Emel xanım, bilirəm ki, hər dəqiqəniz qızıldır. Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm!

- Miqren və fibromialgiya kimi iki mürəkkəb xəstəliyin üzərində durduğunuz üçün mən sizə təşəkkür edirəm!

Leyla Sarabi

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın