Menu
Geri İrəli

Sumqayıtda tibbi müayinədən keçən cütlüklər: “SPİD” aşkarlananlar, ayrılanlar və sadiq sevgililər

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 565 dəfə • Şərh yoxdur
Sumqayıtda tibbi müayinədən keçən cütlüklər: “SPİD” aşkarlananlar, ayrılanlar və sadiq sevgililər

Ailə Məcəlləsinə nikaha girmək istəyən cütlüklərdən tibbi arayışın tələb edilməsilə bağlı qanunun qəbul edilməsindən iki aydan çox vaxt ötüb.

Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli komissiyanın iclasında məlumat verib ki, qanunun qüvvəyə mindiyi gündən bu vaxta qədər respublika üzrə 34 min cütlük tibbi müayinədən keçib.Millət vəkilinin sözlərinə görə, 3300 gəncin hər ikisində hemofiliya və talesemiya daşıyıcısı olduğu aşkarlanıb.

Bəs görəsən Sumqayıt şəhərində vəziyyət necədir? Evlənmək istəyən neçə cütlükdə hansı xəstəliklər aşkar edilib?

Əvvəlcə qeyd edək ki, bütün regionlarda olduğu kimi Sumqayıt şəhərində də iyun ayının 1-dən başlayaraq Ailə Məcəlləsinə edilən dəyişikliyinin icrasına başlanılıb. Amma, Sumqayıtda evlənmək istəyən cütlüklərin tibbi müayinədən keçməsi qərarı nə yazıq ki, bir mənalı qarşılanmayıb. Bir çox cütlüklər belə hesab edir ki, bu qanunun heç bir əhəmiyyəti yoxdur. Şikayətçilər arasında qan analizi verdikdən sonra onlardan “şirinlik”istənildiyini söyləyənlər də var. Guya tibb bacıları əvvəlcə 20 manat, sonra gücün nəyə çatır, heç olmasa 5 manat verin kimi tələblər irəli sürməkdən çəkinmirlər. Başqa bir şikayətçilər isə analizlərin nəticələrinə güvənmədiklərini bildirirlər.

Bir sözlə, elə Mərkəzi Qan bankının Sumqayıt şöbəsinə üz tutmaqda əsas məqsədimiz də, nikaha daxil olmaq istəyənlərin tibbi müayinə otağında nələr olub bitdiyini öyrənmək istəyimiz oldu.

Mərkəzi Qan bankının Sumqayıt şəhər şöbəsinin müdiri Leyla Məhərrəmova Xeberle.com-a açıqlamasında bilfirib ki, iyunun 1-dən bu günə qədər 1407 cütlük tibbi müayinədən keçib. Respublika üzrə ən çox tibbi müayindən keçən cütlüklər də Sumqayıt şəhərində qeydə alınıb.

Şobə müdirinin məlumatına görə talesimiya xəstəliyinə görə Sumqayıtda vəziyyət o qədər də ağır deyil: ”Yalnız hər iki cütlükdə bu xəstəlik aşkar edilərsə onların nigaha girməsində ciddi problemlər yaşana bilər. İkisindən birində xəstəliyin olması nigaha girmək üçün əngəl yaratmır. Müayindən keçən cütlüklər arasında artıq evli olanlar da çoxdur. Hətta, 4 nəfərdə QİCS virusu aşkar edilib. Onlardan biri artıq ailəlidir. Bu barədə onlara xəbər vermişik.”

Xanım Məhərrəmova bildirdi ki, QİCS virusu aşkar edilən gənc oğlanlardan biri evlənməkdən imtina edib. Amma digər cütlük qərarını dəyişməyib. Xüsusilə, qız öz dilindən ərizə yazaraq evlənməkdən vaz keçmədiyini bildirib.

L.Məhərrəmovanın qeyd etdi ki, analizlər Bakı şəhərində yoxlanılır. Gələcəkdə yerində yoxlanılması təşkil edildikdə talesimiya və QİCS-dən başqa digər xəstəliklərin də analizinin aparılması mümkün olacaq.

Şöbə müdirinin onu da vurğuladı ki, cütlüklərin tibbi müayinəsinin nəticələri neqativ olarsa, onların ailə qurmalarının qarşısının alınmasına çalışılmır: ”Biz sadəcə xəbərdarlıq edirik. Seçim imkanını öz ixtiyarlarına buraxırıq.”

Qan analizindən sonra tibb işçilərinin “şirinlik” istəməsi ilə bağlı edilən şikayətlərə Leyla Məhərrəmovanın reksiyası sərt oldu: ”Deyilənlər əsassızdır. Analizlərin nəticələrini , yəni tibbi arayışı cütlüklərə mən verirəm. Kiminsə də 3-5 manatında gözüm yoxdur. Sumqayıt şəhər Qan bankı şöbəsində nikaha girən cütlüklərin müayinəsi pulsuz aparılır.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın