Sumqayıtda məktəb direktoru tutduğu vəzifədən azad olunub

3492

Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

Əldə etdiyimiz məlumata görə məktəb direktorunun işdən azad olunmasına vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyi səbəb olub.

Belə ki, direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrində müəllimlərin məcburi şəkildə iştirak etmələri təmin olunub.

Bununla yanaşı məktəbdən dəfələrlə şəhər hüquq mühafizə orqanlarına, o cümlədən şəhər təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisədində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva  Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

***

Xatırladaq ki, Ruhiyyə Tağıyeva 2016-cı ilin aprel ayından noyabr ayına kimi Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Amma R.Tağıyeva da bu postda qalmaqallarla yadda qalıb.
R.Tağıyevanın təhsil şöbəsinin müdiri kimi fəaliyyətin zamanı yaşanan problemlər haqda mətbuatda geniş məlumatlar dərc olunub. Qısaca onu bildirək ki, bu problemlər  sumqayıt müəllimlərin təhsil nazirliyi qarşısındakı aksiyaya qədər böyümüşdü. Sumqayıt təhsil sistemində yaranmış narazılıqlar, qeyri-sağlam atmosferin olması  R.Tağıyevanın Sumqayıt təhsil şöbəsinin rəhbərliyindən kənarlaşdırılması ilə nəticələnmişdi.

***

Qeyd edək ki, R.Tağıyeva İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə təyin olunmadan öncə Sumqayıt şəhər 11 saylı orta məktəbə direktor göndərilməsi xəbəri məktəbin kollektivi tərəfindən etirazla qarşılanmışdı. 11 saylı məktəbin müəllim və texniki işçiləri bu təyinata qəti etirazlarını bildirmişdi. 200-ə yaxın işçi quvvəsi olan məktəbin kollektivi,  R.Tağıyevanın başçılığı altında işləməkdən imtina etmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Xanəli Məmmədov
    İyun 18, 2019 - 22:00

    Mahal müəllim məni məcbir etdi ki, Ruhiyyənin müavin təyin olunması haqqında təqdimat yazım.Gülə-gülə mənə dedi ki, bir müavinin direktor təyin olunub,onun yerinə bunu təyin edək.Mən onun bir müəllim kimi keyfiyyətlərini sadalayanda,narahat olma, o çox işləməyəcək dedi.Sonra ilk Pedaqoji Şuraya gəldi və özü onun qabiliyyətinə bələd oldu.Mənə təmkinli ol dedi.Sonra müdir təyin olundu və məni işdən çıxartdı.Haqq nazilər,üzülməz.Lakin mən onun biabırçılıqlarla işdən çıxarılmasına sevinmirəm.Mən direktor müavini olanda o rus bölməsinin şagird idi, sonra prokuraturadan zəng etdilər,onu müəllim götürdüm.Sonra məcbur etdilər özümə müavin təyin etdim.Bu həyatdır……..fikirləşin insanlar.

  • Elnare Seferova
    İyun 19, 2019 - 11:44

    Xanım kimi pis xanım deyildi, amma idarəçilikdə zəif idi. Məktəb, təhsil elə sahədir ki, orda hər təsadüfi adam çalışa bilməz

  • Reyhan
    İyun 19, 2019 - 11:47

    Nə edirsə insan özü özünə edir. Gərək elə yaşayasan, elə çalışasan ki, həyatda büdrəməyəsən. Səhvlərdən nəticə çıxartmaq lazımdır.

  • Tofiq
    İyun 19, 2019 - 11:49

    Görünür səhvləri çox olub ki, Təhsil Nazirliyi belə qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər