Menu
Geri İrəli

11 saylı məktəbdə “Torpaq günü” qeyd olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2017 • Baxış sayı: 235 dəfə • 1 şərh

Hər il aprel ayının 22-də Ümumdünya “Torpaq günü” kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrində, müxtəlif səviyylərdə maraqlı tədbirlər keçirilir. Həmin tədbirlər öz rəngarəngliyi və mövzu əhatəsi ilə seçilir. Təbiət, ətraf mühit, yeraltı və yerüstü milli sərvətlər haqqında məlumat verilir, iməciliklər keçirilir, abadlıq işləri aparılır.

“Torpaq günü” Sumqayıt şəhər 11 saylı tam orta məktəbində də keçirilmişdir. Təşəbbüskar Azərbaycan “Humanizm pedaqogikası” mərkəsinin 11 saylı orta məktəbdə fəaliyyət göstərən “Humanizm pedaqogikası” laborotoriyası, onun rəhbəri Fəridə Şirinova olmuşdur. “Torpaq günü”nə əvvəlcədən hazırlıq görülmüş, tədbirlər planı işlənib hazırlanmışdır. Aprelin 22-də məktəbin müəllim və şagird heyəti böyük həvəslə iməcilik keçirmişlər. Siniflər və otaqlar səliqəyə salınmış, məktəbyanı yaşıllıqlara qulluq göstərilmiş, 100-ə yaxın ağac əkilmişdir.

18176033_1335953666498809_300510165_o

Facebook Şərhləndirmə:

“11 saylı məktəbdə “Torpaq günü” qeyd olundu” yazısına bir cavab

  1. Mətanət Abdullayeva deyir:

    Şəhərimizdə “Torpaq günü”nün məhz 11saylı məktəbin Humanist Pedaqogika mərkəzinin keçirməsi çox sevindiri haldır. Son dövrdə Humanist Pedaqogika mərkəzinin gördüyü işlər, keçirdiyi tədbirlər və keçirilən tədbirlərə dəstəyi onun gözəl perspektivlərini düşünməyə əsas verir və bu, insanı fərəhləndirir. 11 saylı məktəbə, müəllimlərinə və şagirdlərə uğurlar, Hmanist Pedaqogika mərkəzinə yüksəliş arzulayıram.

Şərhinizi yazın