Menu
Geri İrəli

42800 abituriyent cavab gözləyir – ƏLAVƏ VAXT DA BAŞA ÇATDI

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2017 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

imtahan2Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa çatıb.
Lent.az-ın məlumatına görə, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi dünən saat 23:59-da yekunlaşmalı olsa da bu gün səhər 09:30-a kimi uzadılıb.
Məlumata görə, I-V qruplar üzrə ümumilikdə 42800 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.
I-IV qruplar üzrə 37469 nəfər Azərbaycan, 3807 nəfər isə Rus bölməsinin abituriyentləridir.
V qrup üzrə isə ümumilikdə 1524 elektron ərizəsini təsdiq edib. Onlardan 1308 nəfər Azərbaycan, 216 nəfər isə Rus bölməsinin abituriyentləridir.
Xatırladaq ki, ixtisas seçimi bu gün saat 09:30-da başa çatıb və qeyd olunan müddət uzadılmayacaq.
Qeyd edək ki, öz ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın