Menu
Geri İrəli

ADU aksiya keçirən tələbələrə güzəşt etdi – Qərar

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2017 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur
Share Button

1496228888-8875Bu gün Azərbaycan Dillər Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Elmi Şuranın üzvləri və Təhsil Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda tədris ilinin ikinci yarısının yekunları və yay imtahan sessiyasına hazırlıq müzakirə olunub.

Universitetin mətbuat katibi Araz Ağayev bildirib ki, tələbələrin istəyi nəzərə alınaraq yekun dövlət imtahanında iki variant təklif olunub. Tələbələr ya test üsulu ilə imtahan verməyi, ya da hesabat işi yazmağı seçə bilərlər.

Bundan başqa, yekun imtahanların uğurlu aparılması üçün yay imtahan sessiyasının müddəti uzadılıb. Tələbələr iki fənn üzrə imtahan verəcəklər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın