Menu
Geri İrəli

Azərbaycan müəllimi…

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2016 • Baxış sayı: 987 dəfə • 2 şərh
muellim28 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsindəyik. 8 Mart və bu günün adı ilə bağlı olduğu Klara Setkin haqqında təzzadlı məlumatlara toxunmadan, bütün dünya ölkələrində böyük coşğu ilə keçirilən və BMT-nin də 8 martı Beynəlxalq Qadınlar Günü kimi tanıyıdığı bu gün postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri –iş günü sayılır.
Bu günə ölkəmizdə prezdent səviyyəsindən başlayaraq sadə bir kəndli,fəhlə ailəsinə qədər böyük hörmətlə yanaşılır.Yanaşılmalıdırda. Axı təbrik etdiyimiz qadınlar AZƏRBAYCAN QADINIDIR. O qadın ki , Babəkləri, Cavanşirləri, Nizamiləri , Fizuliləri , Məmməd Əminləri ,Heydərləri nəhayət məhz onların namusunu qorumaq üçün canlarını fəda etmiş on minlərlə şəhidimizin anasıdırlar,bacıdırlar. Amma nədənsə…..
Amma nədənsə yalnız pedaqoji sahədə işləyən xanımlarımız-MÜƏLLİMLƏRİMİZ üçün 8 Mart onların peşə bayramı olan Müəllimlər günü kimi bir kabusa çevrilir…
5 mart 2016-cı il… Artıq bir çox saytlar təhsil işçilərinə ,məktəblərimizə qarşı qara piyara başlayıb.
Hətta saytların birində  məktəblrimiz “əxlaqsız yuva” adlandırıb.Bu tərbiyəsiz yazını bəyənən və öz səhifələrində paylaşanlar arasında müəllim işləyənləri görəndə gücüm özümə çatdı..Əlimi açdım göyə və-” Allahım sən özün nazirimizə kömək ol.
Kömək ol ki islahatlar daha sürətlə davam etsin .Attesstasiaya tez baş tutsun.Tez baş tutsun ki aramıza soxulan müəllim adını və məsləyini dərk edə bilməyənlər,bu ada ləkə gətirənlər təmizlənsin aramızdan “-dedim .
Mövzudan uzaqlaşmadan keçək mətləbə…
5 mart 2016-cı il….
Bir çox məktəb direktorları iclas keçirdir. 7 martda valideyinləri məktəblərə buraxmamağı, valideyinlərdən müəllimləri təbrik etməməsini və s . hədələyici məzmunlu çıxışlar edirlər.Neynəsinlər ? Özlərini, məktəblərini yarana biləcək söz-söhbətdən qoruyurlar….Əzilən kimdir ? Nüfuzunə zərbə vurulan kimdir? AZƏRBAYCAN QADINI, AZƏRBAYCAN MÜƏLLİMİ…Bu qara piyarın zərbəsi kimə dəyir?- TƏHSİLİMİZƏ, ÖVLADLARIMIZA…
Məktəbinin və müəlliminin adının hallanmaması üçün bu reket jurnalistlərin qurbanına çevrilən neçə-neçə məktəb rəhbərləri var. Kim bilir ölkəmizdə neçə sayt var ? Bu saytları çalışdıranların neçə faizi jurnalistikanı bitirib ? Və neçəsi əqidəli jurnalistdir ? Onların aylıq əmək haqqı nə qədərdir? Dolanışıqları haradandır ?…..150 minlik müəllim ordusunda 1-2 neqativ halı şişirdib bütün təhsilimizə şamil etməkdə məqsədləri nədir bunların ? Kimə ,nəyə xidmət edirlər ? Bunları kim durduracaq ?
Söz ,mətbuat azadlığı budurmu ?..Cavabsız suallar….Mən məktəbimizin təcrübəsindən bir neçə cümlə yazmaq istərdim sonda…Müəllimlərimizin , tədris- köməkçi heyətin və texniki işçilərin tam böyük əksəriyyəti qadınlardır digər məktəblərdə olduğu kimi.Məktəbimizdə hər hansı bir adda pul toplanması yoxdur və bu işə şəxən özüm nəzarət edirəm.Lakin bayramlar ,xüsusiylə Müəllimlər Günü ,8 Mart, Son Zəng bayramları təşkil olunur.
Hər bir valideyinin mənəvi börcudur onun övladının tərbiyəsi ilə məşgul olan müəllimləri təbrik etsin. Bunu bizim bizim valideyinlərimiz çox gözəl anlayırlar .. Mənəvi borcu heç bir pul ilə ölçmək olmaz. Müəllimə sadəcə bir diqqət bəs edir..8 Mart öncəsi hazırlaya bildiyi bir şirniyyat hazırlayır. Hamı bir süfrəyə toplanır.Xanımlar həmin gün heç bir iş görmürlər.Biz kişilər ,sayımız az olsa da onlara qulluq edirik. Beləcə bayramı qeyd edirik.
230 ailəsi belə formalaşıb.Bu tədbirləri məktəbimizin youtube kanalında izləyə bilərsiniz.Bu fikirlərimi yazmaqda məqsədim üzumu məktəbə ,müəllimə böhtan atıb ,1-2 neqativ halı bütün təhsilimizə aid etmək istəyənlərə tutaraq demək istəyirəm ki, son 3 ildə ölkə təhsilində aparılan islahatlar və onların ilkin nəticələrini araşdırsınlar.
Təhsilimizin əmin əllərdə olduğunu görə bilsinlər və Təhsil, Məktəb, Müəllim mövzularına toxunanda diqqətli olsunlar. Fikrimi cənəb prezdent İlham Əliyevin 04 mart 2016-ci il tarixli təbrikindən bir parça ilə bitirmək istəyirəm: “İnsan qəlbinin gözəlliklərinin tərənnümçüsü kövrək təbiətli qadın şair və musiqiçilərimizin, xeyirxahlıq, insanpərvərlik rəmzi qadın həkim və müəllimlərimizin adları yaxın keçmişimizin hər bir səhifəsini bəzəyir.
Milliliklə müasirliyin vəhdətini mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan qadınının zərifliyi, saflığı və sədaqəti söz, sənət abidələrimizdə əhatəli bədii təcəssümünü tapmışdır. Xalqımızın onun cəmiyyət həyatında yaxından iştirakına münasibətinin nəticəsidir ki, Azərbaycanda qadın hərəkatının görkəmli xadimləri öz dərin zəkalarına, tükənməz potensiallarına güvənərək yeni tarixi şəraitdə böyük müvəffəqiyyətlər qazanmışlar.
İnanıram ki, sürətlə qloballaşan dünyada gənc nəslin çoxəsrlik tarixi-mədəni irsimizə ehtiram, vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsi üçün siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcək, bütün gücünüzü, istedad və bacarığınızı ölkənin intellektual-mənəvi sərvətlərinin zənginləşdirilməsi yolunda səfərbər edəcəksiniz.Bayramınız mübarək olsun!” əziz AZƏRBAYCAN QADINI,dəyərli xanım TƏHSİL İŞÇİLƏRİMİZ….
Elşən Qafarov.
Facebook Şərhləndirmə:

“Azərbaycan müəllimi…” yazısına 2 cavab

  1. Adil m. deyir:

    Mən də Sizin çox dəyərli kəlamınız -”Əziz Azərbaycan qadını,dəyərli xanım təhsil işçilərimiz” -və mənim kiçik əlavəm “Dünya qadınlarına nümunəvi ana”-larımızı gözəl bayramları münasibəti ilə təbrik edirəm!
    Qoy uca tanrı onların (mənim müəllim bacılarımı da,onlar Sumqayıt şəhərində müəllim işləyirlər) sevincləri üstünə sevinc gətirsin,övladları üçün diləkləri həyata keçsin,dayaqları olan ömür gün yoldaşlarını heç vaxt əskik etməsin!
    Elşən bəy !
    Bir daha Sizə məqalənizə görə minnətdarlığımı bildirirəm.

  2. Solmaz Cahangirova deyir:

    Müəllimi aşağılayanlar özlərini aşağılayırlar.məktəblərdə 8Martla bağlı elanlar müəllimləri hörmətdən salır axı.Bizim məktıbdə belə yığımlar 3 ildir ki, qadağan edilib,valideyn və müəllimlərə bir dəfə göstəriş verilib.Hər il bunu təkrar söyləmək sözü də, bizi də hörmətdən salar.

Şərhinizi yazın