Menu
Geri İrəli

Azərbaycanda dərs müddəti uzadılmayacaq – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2014 • Baxış sayı: 591 dəfə • Şərh yoxdur
Share Button

mekteb-shagirdler-dersdeHökumət nazirliyin təklifinə hələlik cavab verməyib

Azərbaycanda dərs müddətinin bitmə vaxtı açıqlanıb. Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Hazırda həmin qərar qüvvədədir.

Təhsil Nazirliyi dərs ilinin uzadılmasını, şagirdlərin tətil günlərini, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən təkliflər paketini hökumətə təqdim edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hökumət nazirliyin təklifinə hələlik cavab verməyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın