Menu
Geri İrəli

Bağlanan universitetin tələbələri təhsil haqqını belə ödəyəcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur

752184_50895

“Bakı Asiya Universitetində təhsil alan tələbələrin hamısı özəl ali təhsil müəsisələrinə köçürüləcək”.

Bu sözləri ANS PRESS-ə açıqlamasında universitetin tədris məsələləri üzrə prorektoru Rəhilə Nağıyeva deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyinə Asiya Universitetinin bir illik bağlanması üçün müraciət edilib. Nazirlik də universitetin 2015-2016 tədris ilində öz fəaliyyətini dayandırması ilə bağlı qərar qəbul edib.

“Universitetin bağlanmasına səbəb tələbə kontingentinin az olmasıdır. Bizim cəmi 270 tələbəmiz vardı. Tələbələrin bu qədər az olması da bizim maddi çətinliklərə düşməyimizə səbəb olurdu ki, universitetin də bağlanmasına əsas səbəb məhz bu maddi çətinliklərdir”, – deyə prorektor bildirib.

Rahilə Nağıyeva Asiya Universitetində təhsil alan tələbələrin köçürüləcəkləri universitetlərdə ödəyəcəkləri təhsil haqqı məsələsinə də aydınlıq gətirib.

“Bizim universitetdə təhsil haqqı 3 min manat idi. Digər ali təhsil müəsisələrinə köçürülən tələbələrin təhsil haqqı əgər bizimkindən çoxdursa onda bizdən gedən tələbə tələb etdiyimiz 3 min manatı ödəyəcək. Yox əgər tələbə köçürüldüyü ali məktəbin təhsil haqqı bizdəkindən azdırsa onda həmin tələbə köçürüldüyü universitetdəki həmin az məbləği ödəyəcək “, – deyə R. Nağıyeva əlavə edib.

Prorektor bağlanan universitetin müəllimlərininin işsiz qalması məsələsinə də aydınlıq gətirərək bildirib ki, Asiya Universitetində dərs deyən müəllimlərin çoxu digər ali təhsil müəsisələrində də elmi fəaliyyətlə məşğul idilər. Ona görə də heç biri işsiz qalmayacaq.

“Universitet bağlansa da idarə heyəti öz fəaliyyətini davam etdirəcək. Biz məktəbimizi bu il bitirən tələbələrin diplomlarını vermək üçün fəaliyyətimizi davam etdirəcəyik”, – deyə prorektor əlavə edib.

Təhsil Nazirliyinə Bakı Asiya Universiteti fəaliyyətini bir illik dayandırması barədə müraciət edib və nazirlik də həmin müraciəti qəbul edərək universitetin fəaliyyətini dayandırıb. 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsinin sentyabrın 10-dək başa çatacağı barədə nazirlik rəsmi məlumat yayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın