Menu
Geri İrəli

`İllər sonra akademiya sözünü siləcəklər`

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2016 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur

ameaa iclas

“Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirmək istəyirik. Akademiyanın universitetlərlə əlaqəsini yarada bilsək, bunların hamısı elm və təhsil mərkəzlərinə çevriləcək”.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə keçirilən “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfransdakı çıxışı zamanı AMEA prezidenti Akif Əlizadə deyib. O, qeyd edib ki, bu mərkəzlər illər sonra akademiya sözünü siləcək.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, elm və təhsilin vəhdəti ilk növbədə “ali təhsil” statusuna yiyələnmiş şəxslərin peşəkar işçi kimi yetişməsinə deyil, xüsusilə elmi və araşdırma istiqamətli karyera quruculuğuna xidmət etməlidir.

“Universitetlər təkcə təhsilverən kimi deyil, həm də Elmi-Tədqiqat Mərkəzi kimi fəaliyyət göstərməlidir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın