Menu
Geri İrəli

Komitə sədri: “Kişi müəllimlərin əmək haqqı artırıla bilər”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2015 • Baxış sayı: 844 dəfə • Şərh yoxdur
Share Button

mektebBakıda çalışan müəllimlərlə yanaşı, regiondan çalışan müəllimlərin də əmək haqları artacaq. Lent.az-ın məlumatına görə, bu proses region müəllimlərinin sınaq qiymətləndirilməsi aparıldıqdan sonra həyata keçiriləcək. Bununla yanaşı, ucqar kənd məktəblərində çalışan müəllimlərə müəyyən güzəştlər edilir ki, bu da müəyyən mənada öz müsbət təsirini göstərən amillərdəndir.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də mətbuata açıqlamasında region müəllimlərinin maaşının artacağını bildirib: “Onlara da (bölgələrdə çalışan müəllimlər) növbə çatacaq. Bu, ardıcıl olacaq”.
Komitə sədri müəllimlərin əmək haqları ilə bağlı müəyyən təşəbbüslərin olduğunu da bildirib: “Hətta belə bir təşəbbüs var ki, dağ rayonlarında işləyən müəllimlərin maaşı bir az da artırılsın. Başqa bir təşəbbüs var ki, kişi müəllimlərə verilən maaş bir az da artıq olsun. Yəni bu, kişi müəllimləri həvəsləndirmək də vacib məsələlərdəndir. Mən konkret vaxt deyə bilmərəm, prezidentin səlahiyyətindədir. Amma belə bir vaxtda artımlara gedilməsi inqilabı addımdır”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın