Menu
Geri İrəli

Magistr olmaq istəyənlərin nəzərinə

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Yanvar 2015 • Baxış sayı: 551 dəfə • Şərh yoxdur
Share Button

57818

Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə! ANS PRESS-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib.

Belə ki, 26-31 yanvar tarixlərində TQDK-nın Facebook səhifəsi vasitəsilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müvafiq şöbəsinin mütəxəssisləri tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları ilə bağlı istifadəçilərin suallarını cavablandıracaq.

Bununla bağlı olaraq, bakalavrlar öz suallarını səhifəyə ünvanlaya bilərlər.
Sizin suallarınız və onlara verilmiş cavablar 31 yanvar tarixindən sonra səhifədə yerləşdiriləcək.

Qeyd eədk ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 03-12 fevralda olacaq. Qəbul imtahanı I mərhələ 22 fevral, proqram seçimi 01-10 aprel, imtahanın II mərhələsi 26 aprel, ixtisaslaşma seçimi 07-12 may, boş qalan yerlərə ixtisaslaşma seçimi 22-28 iyunda olacaq. 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın