Menu
Geri İrəli

Məleykə Abbaszadə yeni səlahiyyət istəyir

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 5 May 2014 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında ciddi islahatlar aparılacaq.

meleyke-abbaszade-foto-yeni

Verilən xəbərə görə, hazırda 140 nəfərə yaxın personalı olan və yalnız bir idarədə fəaliyyət göstərən komissiya fəaliyyətini genişləndirmək haqda düşünür.

İlkin plana əsasən, komissiya Təhsil Nazirliyinin rayon şöbələri kimi hər rayonda öz şöbələrini yaratmağı niyyətindədir. Ən maraqlı məqam odur ki, komissiyanın yerli şöbələri rayonlarda inzibati binalarda deyil, orta məktəblərdə yerləşəcək.

Hətta iddia olunur ki, artıq Dövlət Komissiyasının bəzi əməkdaşlarına rayonlara gedib vəziyyətlə tanış olmaq tapşırığı verilib.

Qeyd edək ki, bu cür islahatlar aparılacaqsa, bunun üçün Dövlət Komissiyasının əsasnaməsində dəyişikliklər edilməlidir. Ancaq mənbə qeyd edir ki, bu məsələ ilə bağlı hökumətdə məsləhətləşmə aparılıb və hətta ola bilsin ki, Milli Məclisə hansısa layihədə də təqdim olunsun.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın