Menu
Geri İrəli

Regional təhsil idarələrinin yaradılması təxirə salındı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2014 • Baxış sayı: 840 dəfə • Şərh yoxdur
Share Button

tehsil_nazirliyi00Gələn ilin büdcəsində bunun üçün vəsait nəzərdə tutulmayıb

2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin yaradılması təxirə salınıb. Lent.az-ın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb. Onun sözlərinə görə, növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Yerlərdə olan təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə təhsil nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın