Menu
Geri İrəli

Sumqayıtda fəaliyyət göstərən repetitorların nəzərinə: Vergi qapınızı döyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2015 • Baxış sayı: 967 dəfə • Şərh yoxdur
Share Button

174986_468307Azərbaycanda 10 minlərlə fərdi fəaliyyət göstərən usta, repetitor müəllim, tərcüməçi və digər bu tipli peşə sahibləri var. Onlar hər hansı vergi ödəməsələr də, artıq Vergilər Nazirliyi bu istiqamətdə işlərə başlayacaq.Ustalar, repetitorlar, cangüdənlər, xırdavat alverçiləri və digər qeyri-rəsmi əmək haqqı alanlar vergiyə cəlb olunacaq.

Ölkədə bu fəaliyyətlə məşğul olan 10 minlərlə insan var. Onların əksəriyyəti vergi uçotuna dayanmayıb və gəlirləri tam açıqlanmır. Onların vergiyə cəlb olunmasını asanlaşdırmaq üçün sadələşdirilmiş vergi forması tətbiq ediləcək. İqtisadçılar bunun dövlət büdcəsinə milyonlarla manat vəsait gətirəcəyini qeyd edirlər.

Vergi subyekti olmaq üçün sözügedən şəxslərin elektron qeydiyyatdan keçib, VÖEN almaları və mədaxil orderi açmaları kifayətdir. Belə şəxslərin Bakıda, yoxsa regionlarda fəaliyyət göstərməsi də onların ödəyəcəyi vergi miqdarına təsir edəcək. Bakıdan kənarda işləyənlər dövriyyələrinin 2 faizini ödəməli olacaq

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın