Menu
Geri İrəli

Sumqayıtda hansı ticarət mərkəzlərində saxta məktəbli geyimləri satılır?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2017 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

Bakı və Sumqayıt şəhərlərində saxta məktəbli geyimləri aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, Komitə tərəfindən “Bakı Tikiş Evi” ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb.

Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.

Belə ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzlərində, həmçinin “Sədərək”, “Binə” və “Karvan” ticarət mərkəzlərində yerləşən mağazalarda, Sumqayıt şəhəri, 30-cu məhəllədə “Mələk” və 40-cı məhəllədə yerləşən “Pompey” ticarət mərkəzlərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qanunsuz istifadə edilərək, mənşəyi bilinməyən parçalardan tikilmiş külli miqdarda məktəbli geyimlərinin satıldığı aşkar olunub.

Həmçinin məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib.

Valideynlərə tövsiyyə edilir ki, insan həyatı və sağlamlığının qorunması, isteklakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın