Menu
Geri İrəli

Sumqayıtda yeni yaradılan 3 təhsil müəssisəsinə direktorlar təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 3,725 dəfə • Şərh yoxdur
Share Button

1506085066_cemilelerXəbər verdiyimiz kimi, Təhsil Naziri Mikayıl Cabbarovun “Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması barədə” imzaladığı əmrə əsasən Sumqayıtda fəaliyyət göstərən məktəbdənkənar müəssisələri birləşdirilib.

Belə ki, Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbi və Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbi birləşdirilərək onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yaradılıb.

Həmin məktəbə rəhbərlik əvvələr Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru işləmiş, boks üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qismət Novruzova həvalə olunub.

Sumqayıt şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Sumqayıt şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Sumqayıt şəhər Uşaq Yaradıcılıq Mərkəzi birləşdirilib və onların bazasında Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Həmin mərkəzə isə əvvəllər Sumqayıt şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru işləmiş Cəmilə Məmmədova rəhbərlik edəcək.

Bununla yanaşı, Sumqayıt şəhər Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və Sumqayıt şəhər Texniki Yaradıcılıq Mərkəzi də birləşdirilib və onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Bu mərkəzə isə əvvəllər Sumqayıt şəhər Texniki Yaradıcılıq Mərkəzinin direktoru olan Cəmilə Fəyyaz rəhbərlik edəcək.

Qeyd edək ki, yeni direktorlar sözügedən müəssisələrə müvəqqəti olaraq təyin ediliblər. Adları çəkilənlər bu gün kollektivə təqdim olunublar. xeberle.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın