Menu
Geri İrəli

Təhsil Nazirliyi Sumqayıtda dəyirmi masa keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2013 • Baxış sayı: 504 dəfə • Şərh yoxdur
Share Button

tehsil_nazirliyi-98Bu gün Təhsil Nazirliyi Sumqayıtda yerləşən “Texniki Təbiət Elmləri Liseyi”ndə Sumqayıt təhsil ictimaiyyəti ilə dəyirmi masa keçirib.

sumqayitxeber.com APA-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov dəyirmi masanın hansı  məqsədlə keçirilməsi ilə bağlı məlumat verib.

 O bildirib ki, bugünkü dəyirmi masa “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın təhsil işçiləri qarşısına qoyduğu hədəflər, gətirə biləcəyi yeniliklər və gözləntilər mövzusunda müzakirələrə həsr olunub.

 Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov, sektor müdiri Emin Əmrullayev və Sumqayıtda yerləşən müxtəlif təhsil olacaqlarının nümayəndələri sözügedən strategiya ilə bağlı fikirlərini bölüşüblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın