Menu
Geri İrəli

Tələbələr üçün iş imkanı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2017 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

Qərb Universiteti “Atəşgah” Sığorta Şirkəti ilə birgə sığorta sahəsində iş imkanları mövzusunda tədbir keçirib.

Qərb Universitetində keçirilən görüşdə sığorta şirkətinin nümayəndələri “Sığorta xidmətinin əsasları” mövzusunda universitet tələbələri üçün təqdimat edib. Tədbirdə Azərbaycan sığorta bazarının inkişafı, mövcud problemlər və gələcək perspektivlərə dair müzakirələr aparılıb.

Daha sonra şirkətin müxtəlif vakansiyaları barədə tələbələrə məlumat verilib, tələbə və məzunların sığorta sahəsində iş imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Qərb Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində ardıcıl layihələr, treyninqlər, görüşlər həyata keçirir, tələbələrin istehsalat təcrübələrini aparıcı dövlət və özəl qurumlarda keçməsi təşkil olunur. Ümumilikdə, universitet tələbə və məzunlarının iş dünyası ilə əlaqələrinin sıxlaşdırılmasını təmin edir.

 

img_8470

Facebook Şərhləndirmə:

Şərhinizi yazın